Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 40 nəfər işçi təltif olunmuşdur
Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Milli Elmlər Akademiyasının birlikdə tərtib etdiyi tədbirlər planı çərçivəsində Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən 40 nəfər işçi təltif olunmuşdur.
Təltif mərasimində çıxış edən xəstəxananın direktoru Rauf Ağayev tədbirlər planı çərçivəsində Elmi Cərrahiyyə Mərkəzində aparılmış işlər barədə danışmış, akademikin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi medalın və bununla bağlı müvafiq fərmanın tərtib olunduğunu bildirmişdir.
Medallar və fərmanlar Elmi Cərrahiyyə Mərkəzinin elmi, praktik və ictimai işlərində böyük xidmətləri olmuş işçilərə təqdim olunmuş və onlara peşə fəaliyyətlərində uğurlar arzulanmışdır.































































































