Səhiyyə Nazirliyi M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 27 Sentyabr – Anım Günü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru, professor Rauf Ağayev çıxış edərək şəhidlərimizin müqəddəs xatirəsindən, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan danışıb.
Daha sonra Mərkəzin həyətində yerləşən “Dəmir yumruq” abidəsinin önünə əklil qoyulub və şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızı daim ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik