Elmi Cərrahiyyə Mərkəzində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Səhiyyə Nazirliyinin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) silsilə tədbirləri davam etdirilir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu gün ECM-dəağacəkmə aksiyası təşkil olunub.
ECM-in direktoru professor Rauf Ağayevin, direktor müavinləri – tibb elmləri doktoru İlham Kazımov, tibb üzrə fəlsəfə doktoru Nazim Hacıyev, Anar Ağayev, elmi katib tibb üzrə fəlsəfə doktoru Turan Kərimova, şöbə müdirləri və əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 100-dən çox Xan Çinarı, sərv, zeytun, evkalipt, yapon əzgili, oleandr ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.