Təbrik edirik
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” (ECM) püblik hüquqi şəxsin Damar cərrahiyyəsinin elmi şöbəsinin baş elmi işçisi, tibb üzrə fəlsəfə doktou Cəmaləddin Vahid oğlu Kosayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 20.09.2024-cü il tarixli qərarı ilə tibb elmlər doktoru elmi dərəcəsi verilib və 05.10.2024-cü il tarixində ona AAK-da rəsmi şəkildə tibb elmlər doktoru diplomu təqdim edilib.
Bu münasibətlə ECM-in direktoru professor Rauf Ağayev və kollektivin üzvləri elmi dərəcə alması münasibətilə C.Kosayevi bir daha təbrik etmişlər.
Elmi dərəcə alması münasibətilə hörmətli həmkarımızı ECM-in kollektivi adından bir daha ürəkdən təbrik edir, Cəmaləddin Kosayevə şəxsi və elmi fəaliyyətində daha böyük urğurlar arzu edirik.