Elmi Şuranın növbəti iclasında bir sıra məsələlər müzakirə ediləcək

25.11.2024-cü il tarixində saat 13:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə (ECM) Elmi Şuranın növbəti iclası keçiriləcək.

İclasda, Laboratoriya, Ekstrakorporal detoksikasiya və hemodializ, Patomorfologiya və Terapevtik qastroenterologiya şöbələrinin yekun illik hesabatı dinlənəcək.

Gündəlikdə, həmçinin müxtəlif məzmunlu cari məsələlərin həlli də yer alıb.