Elmi Şuranın növbəti iclasında bir sıra həllivacib məsələlər müzakirə ediləcək
Fevralın 12-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə (ECM) Elmi Şuranın növbəti iclası keçiriləcək.
Gündəliyə əsasən, müalicə işləri üzrə direktor müavini Elgün Səmədov müəssisənin 2023-cü ildə kliniki fəaliyyətinin hesabatını təqdim edəcək.
Elmi Şura, həmçinin 25-27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresin və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresinə hazırlıq işlərinin cari vəziyyətini, elmi şöbələrin yeni və mərhələli elmi tədqiqat işi planlarınımüzakirə edəcək.
İclasın gündəliyində bir sıra cariməsələnin müzakirəsi də yer alıb.