Mərkəzimizin tibb elmləri doktoru, professor Nəsrəddin Sədrəddin oğlu Abışov — «Tərəqqi» medalı ilə təltif olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2026-cı il tarixli Sərəncamı ilə ölkəmizdə səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Səhiyyə naziri cənab Teymur Musayevin təqdimatı ilə yüksək dövlət mükafatı alanlar sırasında Mərkəzimizin 2 əməkdaşı da yer almışdır.
M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmaləddin Vahid oğlu Kosayev — 3-cü dərəcəli «Əmək» ordeni ilə;
Mərkəzimizin tibb elmləri doktoru, professor Nəsrəddin Sədrəddin oğlu Abışov — «Tərəqqi» medalı ilə təltif olunmuşlar.
Bu ali mükafat professorların uzun illər ərzində səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətin, tibb elminin inkişafına verdikləri töhfələrin, eləcə də peşəkar və fədakar xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Nəsrəddin Abuşov və Camaləddin Körsayev öz elmi-praktik fəaliyyəti ilə ölkəmizdə tibb elminin inkişafına mühüm töhfələr vermiş, çoxsaylı mütəxəssislərin yetişməsində, müasir tibbi yanaşmaların tətbiqində və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynamışlar. Onların zəngin təcrübəsi və peşəkarlığı həm həmkarları, həm də pasiyentlər tərəfindən daim yüksək qiymətləndirilir.
Professorlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və elmi fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

































































































