Həkimlərimiz «I Naxçıvan Tibb Günləri» konfransında iştirak ediblər.
24–26 sentyabr tarixlərində keçirilən və qlobal tibb ictimaiyyətinin diqqət mərkəzində olan «I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026» elmi-praktik konfransında Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin bir qrup əməkdaşı eştirak ediblər.
Bu mötəbər tədbirdə klinikamızın 4 peşəkar mütəxəssisi -prof.Fuad Həsənov, prof.Zərraf Şirinov, Elvin Məmmədov və Sadiq Əhmədov aktual tibbi mövzularda elmi çıxışlar edərək öz təcrübələrini həmkar rəylərinə təqdim ediblər.
Müasir diaqnostika, müalicə metodları və innovativ cərrahi yanaşmaların müzakirə olunduğu bu konfransda komandamızın elmi uğurları və çıxışları böyük maraqla qarşılanıb. Klinikamız hər zaman tibbdəki ən son yenilikləri təqib edir, öyrənir və tətbiq edir.







































































































