Konsultativ poliklinika şöbəsi
Konsultativ poliklinika şöbəsində bütün şöbələr üçün müayinə və qəbul otaqları ayrılıb. Xəstələr müraciət otağında qeydiyyatdan keçdikdən sonra müvafiq şöbələr üçün ayrılmış otaqlarda həkimlər tərəfindən müayinə olunur. Poliklinikada 30-da artıq otaq həkimlərin və xəstələrin ixtiyarına verilib. Burada rentgen, endoskopiya, kompüter tomoqrafiya, USM, Exokardioqrafiya, EKQ, laboratoriya otaqları var. Xəstələr tam müayinə olunduqdan sonra ehtiyac olanlara xəstəlik tarixi açılır və stasionar müalicəyə qəbul olunurlar.
Konsultativ Poliklinika şöbəsinə Mətanət Rəhman qızı Rüstəmova rəhbərlik edir.
Rüstəmova Mətanət Rəhman qızı
- Şöbə: Konsultativ poliklinika şöbəsi
- Vəzifə: Şöbə müdiri
- Doğum tarixi: 1962
- Bitirdiyi universitet: Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə profilaktika
- İxtisas: Qastroenteroloq-terapevt
- İş yeri: 1989-1991: ETQİ-da terapevtik qastroenterologiya üzrə kliniki ordinatura; 1993-2000- ETQİ-da Terapevtik qastroenterologiya şöbəsində kiçik elmi işçi; 2000-2013: akad. M.A.Topçubaşov adına ECM-də Terapevtik qastroenterologiya şöbəsində kiçik elmi işçi; 2013-cü ildən hal-hazıra qədər akad. M.A.Topçubaşov adına ECM-də Konsultativ poliklinika şöbəsinin müdiri.
- E-mail: poliklinika.ecm@gmail.com
- Şöbə: Konsultativ poliklinika şöbəsi
- Vəzifə: EKQ üzrə kardioloq
- Doğum tarixi: 1950
- Bitirdiyi universitet: Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə profilaktika fakültəsi
- İxtisas: Elmi Tədqiqat Eksperimental Təbabət İnstitutu – klinik ordinator
- Elmiməqalə, tezisvə monoqrafiya sayı: Bir neçə məqalə və tezislərin müəllifidir.
- İş yeri: 1974-1976; 1976-2010: həkim-funksionalist; hal-hazırda Konsultativ poliklinika şobəsində EKQ üzrə kardiloq işləyir
- E-mail: poliklinika.ecm@gmail.com
- Şöbə: Konsultativ poliklinika şöbəsi
- Vəzifə: Konsultativ poliklinika şöbəsinin həkimi
- Doğum tarixi: 1981
- Bitirdiyi universitet: Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə profilaktika fakultəsi, 1998-2004
- İxtisas: terapevt
- İş yeri: 2004-2005. Respublika Endokrinoloji mərkəzində internatura. 2009-cu ildən hal-hazıra qədər akad. M.A.Topçubaşov adına ECM-də konsultativ poliklinika şöbəsinin həkimi.
- E-mail: aytenkazimova@hotmail.com