Ekstrakorporal detoksikasiya və hemodializ üzrə elmi şöbə
Elmi Cərrahiyyə Mərkəzinin nəzdində 2002-ci ildə əvvəldən fəaliyyət göstərən “Qravitasion cərrahlıq və efferent terapiya” elmi qrupu və “Hemodializ” şöbəsinin birləşməsi nəticəsində “Ekstrakorporal detoksikasiya və hemodializ” elmi laboratoriyası yaradılmışdır. Laboratoriyanın rəhbəri tibb üzrə fəlsəfə doktoru Məzahir Bilal oğlu Əhmədovdur.
Şöbənin strukturu:
Şöbə 2 avtonom bölmədən təşkil olunub, praktik fəaliyyəti aşağıdakılardan ibarətdir:
- Ekstrakorporal detoksikasiya bölməsi – efferent terapiya metodlarının müalicəvi tətbiqi;
- Hemodializ bölməsi – terminal böyrək çatmazlığı olan xəstələrdə proqram hemodializinin icrası.
Elmi fəaliyyət:
- Əsas: Müxtəlif mənşəli damar xəstəliklərində (ateroskleroz, tromboangiit, diabetik angio- neyropatiyalar və s.) efferent terapiya metodlarını (plazmaferez, kvantterapiya və ozonoterapiya) tətbiq etməklə müalicənin nəticələrini yaxşılaşdırmaq.
- Autoimmun xəstəliklərdə, o cümlədən autoimmun revamtik xəstəliklərdə, kollagenozlarda, virus və digər infeksion mənşəli xəstəliklərdə, kəskin və xronik allergiyalarda, hiperxolesterin- və lipidemiyalarda, autoimmun mexanizmli neyro və miopatiyalarda, xronik və kəskin hepatozlarda, cərrahi patologiyaların ağırlaşmalarında və s., və i. kimi bir çox müalicəyə çətin tabe olan patoloji hallarda efferent terapiya üsullarını tətbiq etməklə müalicə gedişini sürətləndirmək və nəticələrini yaxşılaşdırmaq.
Praktiki-kliniki fəaliyyət spektri:
Ekstrakorporal detoksikasiya bölməsinində istifadə olunan müalicə metodlarından aşağıdakıları qeyd etmək olar:
- Müalicəvi plazmaferez və plazma mübadilə:
- Kiçikhəcmli sentrifuqalı plazmaferez (refrijeratorlu Rotixa-50RS, Almaniya);
- Ortahəcmli filtrasion (membranlı) plazmaferez (Gambro, İsveç);
- Orta və böyükhəcmli plazmaferez və ya plazma mübadiləsi (Haemonetics MCS+, ABŞ).
- Qanın ekstra- və intrakorporal fotomodifikasiyası (kvant terapiya):
- Qanın ekstrakorporal ultrabənövşəyi şüalandırılması (İzolda, Yuliya, RF);
- Qanın intrakorporal (damardaxili) lazer və ya ultrabənövşəyi şüalandırılması (Matriks Vlok, RF).
- Tibbi ozonun sistem (parenteral) və yerli (xarici) tətbiqi müalicə üsulları (Medozon-Compact, Almaniya; Medozons-BM, RF):
- Ozonlaşdırılmış fizioloji məhlulun vena daxili infuziyası;
- Ozonla böyük və kiçik autohemoterapiya;
- Ozonun dərialtı inyeksiyaları və s.;
- Bədən nahiyyələrinin aşağı təzyiqli ozonla kamerada qazasiyası.
- Hemosorbsiya (hemokarboperfuziya).
-
Həmçinin müxtəlif efferent terapiya metodlarının göstərişə uyğun olaraq müştərək (kombinasiyalı) tətbiqi.
Əhmədov Məzahir Bilal oğlu
- Vəzifə: Şöbə rəhbəri
- Təvəllüdü: 10. 1946;
- Ali təhsil: Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsi;
- İxtisas: Damar cərrahı;
- Elmi dərəcəsi və adı:Tibb üzrə fəlsəfə doktoruş, dossent; BEA-nın professoru
- Elmi məqalə, tezis və monoqrafiya sayı:2 monoqrqfiya, 1 ixtira, 11 səmərələşdirici təklif, 5 metodik tövsiyyə, 150 yaxın elmi məqalə və tezislərin müəllifi və həmmüəllifi
- E-mail: m.b.alisoy@gmail.com
Cavadova Günay Kamil qızı
- Vəzifə: Həkim-nefroloq
- Təvəllüdü: 03.08.1980
- Ali təhsil: Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsi-1997-2003-cü il
- İxtisas: Nefroloq
- İş fəaliyyəti: 2003-2004-cü il Qədirli adına Hövzə xəstəxanasında həkim-interna;
- 2009-cu ildən Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin “Ekstrakorporal detoksikasiya və Hemodializ” şöbəsində həkim-nefroloq
- Email: gunaynihad@mail.ru
Kərimova Kəmalə Akif qızı
- Vəzifə: Həkim-nefroloq
- Təvəllüdü: 12.11.1980
- Ali təhsil: Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktikafakültəsi– 1997-2003-cü il
- İxtisas: Nefroloq
- İş fəaliyyəti:2003-2004-cü il Ağsu RMX-da həkim-interna;
- 2011-ci ildən Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin “Ekstrakorporal detoksikasiya və Hemodializ” şöbəsində həkim-nefroloq.
- E-mail: samirkerimli2002@gmail.com
Namiq İbrahim oğlu Babayev
- Vəzifə: Elmi işçi;
- Təvəllüdü: 11.1959-cu il təvəllüdlü;
- Ali təhsil: 1982-ci il, Azərbaycan Dövlət Tibb Universiteti, müalicə işi ixtisası;
- İxtisas: 1983-cü il, internatura – cərrahiyyə ixtisası üzrə, 5 saylı klinik xəstəxana;
- Elmi dərəcəsi və adı:Ekstrakorporal detoksikasiya və hemodializ” elmi laboratoriyasının elmi işçisi;
- Elmi məqalə, tezis və monoqrafiya sayı:28 elmi məqalə və tezisin,3 metodik tövsiyənin, 3 səmərələçdirici təklifin həmmüəllifi.
- İş fəaliyəti:İş fəaliyyətini cərrah kimi Gəncə şəhərində başlamış, 1991-ci ildən ixtisasını dəyişərək anestezioloq-reanimatoloq olmuş və elə o zamandan ekstrakorporal detoksikasiya müalicə metodları ilə (hemosorbsiya, plazmaferez, plazma mübadiləsi, qanın ekstra-, intrakorporal ultrabənövşəyi, lazer şüalandırılması, müxtəlif ozonoterapiya üsulları ilə və s. müalicə.
- E-mail: nibabayev@gmail.com
Valehov Müşfiq Ağanəzər oğlu
- Vəzifə: Həkim-nefroloq
- Təvəllüdü: 10.08.1968
- Ali təhsil: Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsi 1986-1894-cü il
- 1987-1989 –ci ildə Sovet ordusunda həqiqi hərbi xidmət
- İxtisas: Nefroloq
- İş fəaliyyəti:1994-1995- ci illər AzərSuTikinti xəstəxanasında həkim-interna
- 2001-2003 Azərbaycan Milli Ordusunda hərbi həkim
- 2005ci ildən ak.M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin“Ekstrakorporal detoksikasiya və hemodializ” şöbəsində həkim-nefroloq
- E-mail: valehovmusfiq@gmail.com