Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətində “Zəfər” abidəsinin açılışı olmuşdur
5 noyabr 2022-ci il tarixində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətində “Zəfər” abidəsinin açılışı olmuşdur.
Abidə özündə 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun işğal edilmiş torpaqlarının azad edilməsində Müzəffər Ali baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusu və Azərbaycan xalqının “dəmir yumruq” ətrafında sıx birləşərək əldə olunan qələbənin rəmzi öz əksini tapmışdır.
Abidə önünə mərkəzin kollektivi tərəfindən əklil və gül dəstələri qoyulmuşdur. Abidənin açılışında ECM-nin direktoru, professor Rauf Ağayev nitq söyləyərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyev və Azərbaycan Ordusunun şücaəti, Azərbaycan xalqının, o cümlədən tibb işçilərinin rolu barədə ətraflı danışmış, kollektivi Zəfər günü münasibətilə təbrik etmişdir.
Direktor çıxışında Ordumuzun şücaətindən danışdıqdan sonra onun təklifi ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Elmi kardiocərrahiyyə şöbəsinin müdiri, professor Fazil Abbasov, Elmi anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, professor Fuad Həsənov da 44 günlük Vətən müharibəsində xalqımızın, ordumuzla birliyi, mərkəzin kollektivini Vətən müharibəsində yaralanmış əsgər və zabitlərimizin malicə və reabilitasiyasında göstərdikləri xidmətləri barədə çıxışlar etmişdilər.
Sonda kollektivin abidə qarşısında xatirə şəkilləri çəkilmişdir.
Qarabağ Azərbaycandır!