Cərrahi xəstəliklərin aktual məsələləri və müasir müalicə üsulları müzakirə ediləcək
10-12 aprel 2025-ci il tarixlərində Naxçıvanda “Cərrahi xəstəliklərin aktual məsələləri, onların diaqnostika və müalicəsinə müasir baxışlar” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) təşkilatçılığı ilə keçirilən konfransda tanınmış alimlərinin, həkim və cərrahların iştirakı ilə cərrahi xəstəliklərin aktual məsələləri, onların müasir, innovativ diaqnostika və müalicə üsulları müzakirə olunacaq.
Tədbir günlərində, həmçinin ECM-dən olan tanınmış professor, həkim və cərrah heyəti Muxtar Respublika əhalisinə konsultativ tibbi xidmət göstərəcək, yerli həkimlərlə birlikdə cərrahi əməliyyatlar icra edəcəklər.
ECM-in davamlı olaraq, respublikamızın ayrı-ayrı regionlarında keçirdiyi elmi-praktik konfranslarda cərrahiyyənin aktual məsələləri, yeni müayinə və müalicə üsulları müzakirə edilir, eyni zamanda həkim və cərrahlar arasında təcrübə mübadiləsi aparılır, regionlarda yaşayan əhaliyə konsultativ tibbi xidmətlər göstərilir. Bu günədək Zərdab, Bərdə, Quba, Şamaxı, Lənkəran rayonlarında bu qəıbildən çoxsaylı tədbir həyata keçirilib.