Elan

“Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsi tibb üzrə  fəlsəfə doktorluğu proqramı hazırlığı üzrə qiyabi doktorant hazırlığına  sənəd qəbulu elan edir.

İxtisasalar:

  • Cərrahlıq – 1 yer
  • Anesteziologiya və reanimatologiya – 1 yer
  • Ürək — damar cərrahlığı – 1 yer

Qiyabi doktoranturaya iddiaçılar müvafiq sənədlərlə 13.05.2025-ci il tarixindən 02.06.2025-ci il tarixinə kimi “Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsin elmi katibinə müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

  1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və ya təşkilatın rəhbərinin adına )
  2. Kadrların şəxsi qeydiyyat vərəqi
  3. Tərcümeyi-hal
  4. 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə)
  5. İş yerindən xasiyyətnamə
  6. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
  7. Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə yazılmış referat
  8. Ali təhsil müəssisəsini və rezidenturanı bitirmək haqqında diplomun və ona əlavənin müvafiq qaydada təsdiq edilmiş surəti (Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün: təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə)
  9. Şəxsiyyəti təsdiq edən sənədin surəti.