Elmi şuranın növbəti iclası keçiriləcək

Dekabr ayının 18-də akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (ECM) PHŞ-nin Elmi şurasının növbəti iclası keçiriləcək.

Damar cərrahiyəsi, Endokrin cərrahlığı, Kardiocərrahiyyə və Uşaq kardiocərrahiyyə üzrə elmi şöbələrinin 2023-cü ildə elmi və elmi təşkilati fəaliyyəti haqqında illik hesabatları dinlənəcək.

Elmi Şuranın 2024-cü il üçün iş planının təsdiqi.

Gündəlikdə, həmçinin müxtəlif məzmunlu cari məsələlərin həlli də yer alıb.