25-27 apreldə Bakı iki mötəbər konqresə ev sahibliyi edəcək
HÖRMƏTLİ HƏMKARLAR!
Sizi 25-27 aprel 2024-cü ildə Bakı şəhərində keçiriləcək Cərrah və Qastroenteroloqların XX Beynəlxalq Avrasiya Konqresi və Beynəlxalq Hepatoqastroenterologiya konqresinin işində iştirak etməyə dəvət edirik.
Konqres günlərində Avropa, Asiya, Amerika və MDB ölkələrindən görkəmli alimlərin iştirakı ilə qastroenterologiya və cərrahiyyənin aktual problemlərinə həsr olunmuş mühazirələrin və plenar iclasların keçirilməsi nəzərdə tutulur.
Konqresin elmi proqramı aşağıdakı tibb sahələrini əhatə edir:
— qastroenterologiya;
— ümumi cərrahiyyə;
— ürək-damar cərrahiyyəsi;
— abdominal cərrahiyyə;
— transplantologiya;
— endoskopiya;
— viruslu hepatitlərin diaqnostika və müalicəsi;
— uşaq cərrahiyyəsi;
— torakal cərrahiyyə;
— plastik və estetik cərrahiyyə;
— bariatrik cərrahiyyə;
— anesteziologiya və reanimatologiya;
— şüa diaqnostikası.
Konqresin rəsmi dilləri (mühazirə və çıxışların sinxron tərçüməsi təşkil ediləcək) – Azərbaycan/türk, ingilis dilləridir.
Təqdim olunacaq işlər Konqresin materiallarında ingilis dilində dərc olunacaq.
E-mail:acgib.congress@gmail.com
Tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
-Konqresin beynəlxalq olduğunu nəzərə alaraq tezislər İngilis dilində qəbul olunur.
-Tezislər 1 səhifədə (format A4), “Times New Roman” şrifti ilə kompüterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1.5 olmalıdır.
— Məqalə ardıcıl olaraq giriş, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.
— Əvvəlcə baş hərflərlə məqalənin adı verilir. Sonrakı sətirlərdə (1 interval aşağı) məqalə müəlliflərinin soyadı və adı, müəlliflərin çalışdığı müəssisənin, şəhərin və ölkənin adı qeyd olunur.
— Elektron poçt və ya faks ilə göndərilən məqalələrə baxılmayacaq.
— Tezislər 1 mart 2024-cü ilə qədər aşağıdakı ünvanda qəbul olunur:
AZ 1112, Bakı şəhəri Şərifzadə küçəsi 196. “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxs.
Tezislər Konqresin Təşkilat Komitəsinin katibi, tibb elmləri doktoru İlham Kazımova və ya təşkilat komitəsinin üzvü doktor Bəhruz Musayevə təhvil verilməlidir.
Теlefon: (+99450) 352 85 08;
(+994 50) 349 55 66
Konqres haqqında daha ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz:
www: acgib-bakucongress2024.az
Təşkilat Komitəsi Konqresin işində Sizin iştirakınıza şad olacaq.