M.A.Topçubaşov

Elmi şuranın 2024-cü ildə ilk iclası keçiriləcək

Yanvarın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə (ECM) Elmi şuranın növbəti iclası keçiriləcək.

Gündəliyə əsasən, iclasda ECM-in 2023-cü ildə görülmüş elmi, elmi-təşkilati və müalicə işləri üzrə hesabatı dinləniləcək.

Elmi şura, həmçinin bir sıra həllivacib cari məsələlərin müzakirəsini də planlaşdırır.