Endokrin cərrahlığı üzrə elmi şobə

Endokrin cərrahlığı şöbəsi

1961-ci ildə akademik Z.M.Məmmədovun təşəbbüsü ilə yaradılmış Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunda cərrahi endokrinologiya şöbəsi yaradıldı. Şöbəyə akademik özü rəhbərlik edirdi. O vəfat etdikdən sonra 1971-ci ildən şöbəyə 25 il ərzində professor, əməkdar elm xadimi Fikrət Mir-Mehdi oqlu Mirsəlimov rəhbərlik etmişdir.
1995-ci ildən 2016-ci ilə qədər şöbəyə t.e.d. professor R.A.Ağayev rəhbərlik edib. Hal hazirda şöbə rəhbəri t.e.d., professor Fəridə Xeyrəddin qızı Saidovadır.
Şöbənin əsas elmi istiqamətləri:
Qalxanabənzər vəzin müxtəlif cərrahi xəstəliklərin müasir klinik – laborator və instrumental metodların istifadəsi ilə vaxtında diaqnostikası və cərrahi müalicə üsullarının uğurla tətbiqi.
Şöbədə əməliyyatlar müasir innovasion metodlarının tətbiqi ilə, xüsusən, “Covidien Ligasure” və neyromonitor cihazının vasitəsilə aparılır. Neyromonitorla (sinir,monitoru)maparılan əməliyyat zamanı n.recurrens (qayıdan sinir) aşkarlanır və qorunur. Neyromonitorun istifadəsi zamanı səs sinirlərinin kəsilməsi ehtimalı 2-5% qədər enir. Hal hazırda şöbəmizdə endoskopik tireoidektomiyanın aparılması üçün kadr ixtisaslaşması aparılır.
Birincili hiperparatireoz diaqnozu olan xəstələrdə cərrahi müalicənin aparılması.
Böyrəküstü vəzin müxtəlif xəstəliklərinin (Kuşinq sindromu, kortikosteroma, Konn sindromu, aldosteroma, androsteroma, feoxromasitoma, insidentaloma) cərrahi müalicənin açıq və laparoskopik üsulla icra olunması.
Şöbədə 3 doktorluq, 15 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Şöbənin əməkdaşları tərəfindən 1 dərslik, 5 ixtira, 6 monoqrafiya, 11 metodik tövsiyə, 10 səmərələşdirici təklif hazırlanmışdır.

Saidova Fəridə Xeyrəddin qızı

• Vəzifə: şöbə rəhbəri
• Təvəllüd: 23.09.1960
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1984)
• İxtisas: ümumi cərrah, endokrinoloq.
• Elmi dərəcəsi və adı: tibb elmləri doktoru
• Elmi rütbəsi: professor
• Elmi əsərlərin sayı: 2 ixtira, 1 dərslik, 2 monoqrafiya, 1 metodik tövsiyyə, 2 səmərələşdirici təklif, 200-ə yaxın tezis və məqalə
• Əmək fəaliyyəti: 1984-1985- 5 №-li Şəhər Klinik xəstəxanası, Cərrahiyyə şöbəsində internatura
1985-1988 – Sumqayıt şəh. Xəstəxanasında həkim-cərrah
1988-1992 – Akademik M.Topçubaşov adına ETKECİ-da “cərrahlıq”ixtisası üzrə aspirantura
1992-1997 – Akademik M.Topçubaşov adına ETKECİ-da Endokrin cərrahlığı üzrə elmi şöbədə kiçik elmi işçi
1997-1999 – Endokrin cərrahlığı üzrə elmi şöbədə elmi işçi
1999-2011 – Endokrin cərrahlığı üzrə elmi şöbədə böyük elmi işçi
2011-2018 – Endokrin cərrahlığı üzrə elmi şöbədə baş elmi işçi
2018-ci ildən Endokrin cərrahlığı üzrə elminin şöbə rəhbəri
AAK-nın Ekspert Şurasının üzvü, Ə.Əliyev adına AzDHTİ-nun cərrahiyyə kafedrasının professoru, 1988-ci ildə Akademik M.A.Topçubaşov adına ECM- aspirantura, 1992-ci ildən elmi işçi.
• Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədr müavini
Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) üzvü
Avropa Endokrinologiya Cərrahları Cəmiyyətinin (ESES) üzvü
• E-mail: farida.s.x@mail.ru

Zamanov Ramiz Məhəmməd oğlu

• Vəzifə: baş elmi işçi
• Təvəllüd: 28.09.1959
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1987)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
• Elmi əsərlərin sayı: 1 monoqrafiya, 1 metodik tövsiyə, 1 müəllif şəadətnaməsi, 60-dan çox tezis və məqalə
• Əmək fəaliyyəti: 1987-1988 – Akademik M.Topçubaşov adına ETKECİ-da inernatura
1989-1991 – Akademik M.A.Topçubaşov adına ETKECİ-nin Eksperimental cərrahiyyə şöbəsinə kiçik elmi işçi
1991-1992 – Endokrin cərrahlığı üzrə elmi şöbədə kiçik elmi işçi
1992-1994 – Endokrin cərrahlığı üzrə elmi şöbədə elmi işçi
1994-2007 – Endokrin cərrahlığı üzrə elmi şöbədə böyük elmi işçi
2007-2013 – Akademik M.A.Topçubaşov adına ECM-in Baş həkimi
2013-2016 – Endokrin cərrahlığı üzrə elmi şöbədə böyük elmi işçi
2016-2018 – Endokrin cərrahlığı üzrə elmi şöbənin rəhbəri
2018-ci ildə Endokrin cərrahlığı üzrə elmi şöbədə baş elmi işçi
• E-mail: ramiz.zamanov@gmail.com

Ağayeva Aytən Rauf qızı

• Vəzifə: aparıcı elmi işçi
• Təvəllüd: 21.08.1971
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1993)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru. Rusiya Federasiyası tibb elmləri doktoru
• Elmi əsərlərin sayı: 3 monoqrafiya, 7 metodik tövsiyə, 1 kliniki protokol, 1 səmərələşdirici təklif, 150-dən çox tezis və məqalə müəllifidir, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
• Əmək fəaliyyəti: 1993-1996 – Akademik M.A.Topçubaşov adına ETKECİ-nin Mikrocərrahiyyə şöbəsində aspirant
1996-1997 – Akademik M.A.Topçubaşov adına ETKECİ-nin Endokrin cərrahiyyə şöbəsində kiçik elmi işçi
1997-1998 – Akademik M.A.Topçubaşov adına ETKECİ-nin Endokrin cərrahiyyə şöbəsində böyük elmi işçi
1998-2002 – RF Moskva şəh. Akademik Vladimirski adına Moskva Vilayətinin Elmi Tədqiqat Klinik İnstitutunun Endokrin cərrahlığı şöbəsində əyani doktorantura
2002-2005 – Akademik M.Topçubaşov adına ECM-də Endokrin cərrahiyyə şöbəsində kiçik elmi işçi
2005-2018 – Akademik M.Topçubaşov adına ECM-də Endokrin cərrahiyyə şöbəsində böyük elmi işçi
2018- ci ildən Endokrin cərrahiyyə şöbəsində aparıcı elmi işçi
• Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: N.İ.Piroqov adına cərrahlar assosiasiyasının həqiqi üzvüdür.
• E-mail: r.agayev47@mail.ru

Şahsuvarov Oruc Müseyib oğlu

• Vəzifə: aparıcı elmi işçi
• Təvəllüd: 01.01.1939
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1965)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
• Elmi əsərlərin sayı: 1 monoqrafiya, 2 ixtiranın, 5 səmərələşdirici təklif, 2 metodik tövsiyə, 200 elmi məqalə və tezis.
• Əmək fəaliyyəti: 1965-1967 – Laçın ray. Minkənd Xəstəxanasında baş həkim
1967-1969 – Akademik M.Topçubaşov adına ETKECİ-nin Endokrin cərrahlığı şöbəsində ordinatura
1969-1978 – Akademik M.Topçubaşov adına ETKECİ-da Endokrin cərrahlığı üzrə elmi şöbədə kiçik elmi işçi
1978-1991 – Endokrin cərrahlığı üzrə elmi şöbədə böyük elmi işçi
1991-ci ildən Endokrin cərrahlığı üzrə elmi şöbədə aparıcı elmi işçi
• Dövlət mükafatları və təltiflər: 1984-cü ildə SSRİ-nin AAK tərəfində ona cərrahlıq ixtisası üzrə “böyük elmi işçi” Elmi dərəcəsi attestatı verilmişdir (SH № 036515, Moskva şəhəri)
2019 — cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Hüseynov Rasim Hacı oğlu

• Vəzifə: böyük elmi işçi
• Təvəllüd: 03.09.1956
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1979)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
• Elmi əsərlərin sayı: 2 səmərələşdirici təklif, 100 yaxın tezis və məqalə
• Əmək fəaliyyəti: 01.08.1979-01.07.1980 – Bakı Təcili Tibbi xəstəxanasında internatura
31.05.1982-24.10.1983 – Xəzər Dəniz Hərbi Hospitalında cərrah-ordinator
11.06.1984-10.11.1984 – Bakı 5№-li Şəhər xəstəxanasında həkim-ordinator
10.11.1984-19.07.1985 – Akademik M.Topçubaşov adına ETKECİ-da həkim endoskopist
19.07.1985-05.06.1995 – Endokrin cərrahlığı üzrə elmi şöbədə kiçik elmi işçi
05.06.1995-ci ildən Endokrin cərrahlığı üzrə elmi şöbədə böyük elmi işçi
• E-mail: huseynov.rasim1956@mail.ru

Yusifov Sebuhi Yusif oğlu

• Vəzifə: böyük elmi işçi
• Təvəllüd:14.03.1980
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (2002)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
• Elmi əsərlərin sayı: 50-yə yaxın tezis və məqalə
• Əmək fəaliyyəti: 2002-2003 – Akademik M.A.Topçubaşov adına ETKTİ-da həkim-internatura
2004-2006 – Akademik M.A.Topçubaşov adına ETKTİ-da həkim-aspirantura
2006-2018 – Endokrin cərrahlığı üzrə elmi şöbədə kiçik elmi işçi
2018-ci ildən Endokrin cərrahlığı üzrə elmi şöbədə böyük elmi işçi
• E-mail: dr.yusifovsabuhi@gmail.com

Ələkbərova Şəhla İsmayıl qızı

• Vəzifə: elmi işçi
• Təvəllüd: 14.10.1974
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1997)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
• Elmi əsərlərin sayı: 25 tezis və 15 məqalə
• Əmək fəaliyyəti: 2004-2006 – Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahiyyə şöbəsində həkim-cərrah
2006-2008 – Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahlığı üzrə elmi şöbəsində kiçik elmi işçi
2008-ci ildən Endokrin cərrahlığı üzrə elmi şöbəsində elmi işçi
• E-mail: azimalekberov13@gmail.com

Səfərova Lalə Şəmşad qızı

• Vəzifə: elmi işçi
• Təvəllüd: 01.01.1985
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (2008)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
• Elmi əsərlərin sayı: 1 klininki protokol, 25 yaxın tezis və məqalə
• Əmək fəaliyyəti: 2011-2018 – Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahlığı üzrə elmi şöbəsində kiçik elmi işçi
2018-ci ildən Endokrin cərrahlığı üzrə elmi şöbəsində elmi işçi
• E-mail: lalasafarova85@mail.ru

Mayılova Aygün Əliniyaz qızı

• Vəzifə: kiçik elmi işçi
• Təvəllüd: 16.07.1984
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (2006)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
• Elmi əsərlərin sayı: 10 məqalə, 6 tezis
• Əmək fəaliyyəti: 2006-2007 – Mingəçevir şəh. Mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsində internatura
2011- 2018 – Modern Hospitalda həkim-cərrah
2018-ci ildən Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahlığı üzrə elmi şöbəsində kiçik elmi işçi
• E-mail: aygun.mayilova@gmail.com

Ağayeva Nəzrin Ağabala qızı

• Vəzifə: kiçik elmi işçi
• Təvəllüd: 21.09.1985
• Ali təhsil: Odlar Yurdu Universiteti (2009)
• İxtisas: ümumi cərrah
• Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru.
• Elmi əsərlərin sayı: 11 məqalə, 6 tezis
• Əmək fəaliyyəti: 2009-2010 – Oksigen Klinikasında həkim cərrah internatura
2011-ci ildən Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahlığı üzrə elmi şöbəsində kiçik elmi işçi
• E-mail: dr.agayeva_nezrin@mail.ru

Əhmədova Sevil Nəsib qızı

• Vəzifə: kiçik elmi işçi
• Təvəllüd: 02.12.1958
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (1981)
• İxtisas: kardioloq
• Əmək fəaliyyəti: 1981-1982 – 5 №-li Uşaq infeksion xəstəxanasında həkim-internatura
1982-1987 – Sumqayıt şəh. Uşaq şəhər xəstəxanasının poliklinika şöbəsində həkim
1987-2011 – Akademik M.A.Topçubaşov adına ETKTİ-da Funksional diaqnostik laboratoriyada kiçik elmi işçi
2011-ci ildən Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahlığı üzrə elmi şöbəsində kiçik elmi işçi
• E-mail: Sevil.ahmadova58@gmail.com

Aslanova Jalə Baba qızı

• Vəzifə: kiçik elmi işçi
• Təvəllüd: 24.04.1980
• Ali təhsil: Azərbaycan Tibb Universiteti (2003)
• İxtisas: ümumi cərrah
• Elmi əsərlərin sayı: 1 klininki protokol , 20 yaxın tezis və məqalə
• Əmək fəaliyyəti: 2004-cü ildə Akademik M.Topçubaşov adına ECM-də aspirantura
2007-ci ildən Akademik M.Topçubaşov adına ECM-in Endokrin cərrahlığı üzrə elmi şöbəsində kiçik elmi işçi
2012-ci ildə Almaniya Siegen St. Marien Krankenhaus və Mannheim Germany and University Klinikdə kurs keçib
2013-2014 – İstanbul Tip Fakültəsi Genel Cerrahi Anabilim Dalında Endokrin Cərrahi konusunda ixtisas artırma kursu keçib
• E-mail: jal-aslanova2005@yandex.ru