Professor Bəhram Aşurov Məhəmmədrəsul oğlu
1966-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1967-1969-cu illərdə akademik M.Topçubaçov adına ETKETİ-nin kliniki ordinaturasını bitirib kiçik elmi işçi, 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək böyük elmi işçi və elmi katib təyin edilir.
1979-1984-cü illərdə A.N.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi insititutunda işləmiş və 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1985-1987-ci illərdə Bakı şəhəri baş cərrahı işləmiş, 1985-ci ildə ATİ-nin ümumi cərrahiyyə kafedrasında dosent, 1987-ci ildə professor, 1989-cu ildə kafedranın müdiri vəzifəsində çalışmışdır. 1987-1990-cı illərdə eyni zamanda 2-ci müalicə profilaktika fakültəsinin dekanı, 1991-ci ildən isə ATİ-nin birinci prorektoru işləmişdir. 110-dan çox elmi əsər, 6 tədris və elmi-metodik tövsiyyə, 1 monoqrafiya və onlarca səmərələşdirici təklifin müəllifi olmuşdur.