Professor Hüsü Kərimov Məmmədxan oğlu
Professor Hüsü Kərimovun İnstitutun Mədə-bağırsaq cərrahiyyəsi şöbəsinə rəhbərlik etdiyi dövrdə (1973-1987) şöbənin elmi istiqaməti kimi qastroduodenal xoraların, qaraciyər, öd yolları və mədəaltı vəzin cərrahi xəstəliklərin diaqnostika və müalicəsi problemlərinin həlli planlaşdırılmışdır. Onun şöbəyə rəhbərlik etdiyi dövrdə şöbənin praktiki fəaliyyətində xora xəstəliyinin cərrahi müalicəsində vaqotomiyanın müxtəlif variantlarının geniş tətbiqi və bu aspektdə elmi tədqiqatların aparılması geniş vüsət almışdır. Onun rəhbərliyi ilə 2 namizədlik dissertasiyası müdafiə edilmişdir.