Allah rəhmət eləsin
Endokrin cərrahlığı şöbəsinin həkim-ordinatoru Şahverdiyev İsmayıl Nuşirəvan oğlu 24.12.2020-ci ildə vəfat etmişdir.
Şahverdiyev İsmayıl Nuşirəvan oğlu 02 mart 1950-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.
1978-1980-cı illərdə akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunda klinik ordinatira keçmişdir. 1981-1993-cü Köks qəfəsi cərrahlığı şöbəsində kiçik elmi işçi, 1994-2000-ci illərdə həmin şöbənin müdiri, 2000-ci ildən son günlərə qədər isə Endokrin cərrahlığı şöbəsində cərrah-endokrinoloq vəzifəsində çalışmışdır.
İ.N.Şahverdiyev 60-dan çox elmi məqalə və tezisin müəllifi olub. İsmayıl müəllim yüksək ixtisaslı cərrah olmaqla yanaşı, həm də gözəl insan olmuşdur. O kollektiv arasında böyük hörmətə sahib idi.
Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyi, Endokrin cərrahlığı şöbəsinin əməkdaşları mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, onun əziz xatirəsinin kollektivin yaddaşında daima qalacağını bildirir.
Allah rəhmət eləsin.