“Təbabətin aktual problemləri-2021” mövzusunda elmi-praktik konfrans keçirələcək
2021-ci ildə Azərbaycan Tibb Universitetində görkəmli elm xadimi Tamerlan Əzizovun 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2021” mövzusunda elmi-praktik konfrans keçirələcək. Təqdim olunacaq işlər konfransın materiallarında çap ediləcək.
Tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
- Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində yazılmalıdır.
- Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman”
şrifti ilə kompyuterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır. - Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.
- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1interval aşağı) tezisin müəllifləri soyadı və adı, müəlliflərin çalışdığı kafedranın adı qeyd edilir.
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır və bir müəlif 2-dən çox tezis müəllifi olmamalıdır.
Tezislərin çap və elektron variantları (CD disk mütləqdir!) 30 iyun 2021-ci ilə qədər Universitetin Elmi hissəsinə birbaşa təqdim oluna və aşağıdakı elektron poçt vasitəsilə göndərilə bilər (elektron və çap olunmuş variantda kafedranın müdirinin təsdiqi ilə).
Konfrans haqqında daha ətrafə məlumatı elmi hissədən əldə edə bilərsiniz.
Tel.: 994-12 597-45-11
E-mail: elmihisseedu.az@gamil.com
Elmi işlər üzrə prorektor dosent R.O.Bəylərov