M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yaradılmasının 60 illiyinə həsr edilmiş elmi-praktiki kofrans keçiriləcəkdir
Hörmətli həmkarlar və kafedra müdirləri!
4 iyun 2022-ci il tarixində akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yaradılmasının 60 illiyinə həsr edilmiş elmi-praktiki kofrans keçiriləcəkdir. Təqdim olunacaq işlər konfrans materiallarında toplu şəklində çap ediləcək.
Tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
- Tezislər azərbaycan, rus və ya ingilis dillərində yazılmalıdır.
- Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman” şrifti ilə kompüterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır.
- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.
- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə tezisin müəlliflərinin soyadı və adı, müəlliflərin çalışdığı müəssisə, şöbə və ya kafedranın adı qeyd edilir.
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır.
Tezislərin çap və elektron variantlarını (CD disk mütləqdir!) 01 aprel 2022-ci il tarixinə qədər Elmi Cərrahiyyə Mərkəzinin Elmi şöbəsinə — t.ü.f.d. B.V.Musayevə, t.e.d., dos. R.E.Cəfərliyə birbaşa təqdim edilməlidir (elektron və çap olunmuş variant).
Konfrans haqqında daha ətraflı məlumatı ecm.az saytından və mərkəzin elmi bölməsindən əldə edə bilərsiniz.
Tel.: +99450 349 55 66 ; +99455 738 85 00