Elan
Fevralı 13-də “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsdə “Elektron bülleten” tətbiqinin istifadəyə verilməsinə həsr olunmuş infosessiya keçiriləcək.
İnfosessiyada sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında ətraflı məlumat veriləcək.