Şüa-diaqnostika üzrə elmi şöbə
Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Şüa diaqnostikası laboratoriyası 1975-ci ildə yaradılmışdır. 1980-2024-cü illərdə laboratoriyanın rəhbəri tibb üzrə elmlər doktoru, professor Manafov Soltan Səməd oğlu olmuşdur.
1984-cü ildə bu laboratoriyada Azərbaycanda ilk dəfə selektiv koranoqrafiya və aşağı ətraf damarlarının və ağciyər arteriyasının endovaskulyar dilatasiyası həyata keçirilmişdir. Bu laboratoriya üzun müddət ərzində Azərbaycanda angioqrafıyanın bütün növlərini həyata keçirən yeganə mərkəz olmuş və bu laboratoriyada 7 mindən artıq angioqrafıya müayinələri aparılmışdır.
Süa diaqnostikası laboratoriyasının nəzdində fəaliyyət göstərən Azərbaycanda yeganə olan radionuklid laboratoriyası 1978-ci ildə təşkil edilmiş və bu laboratoriyada fizioloji sistemlərin funksional vəziyyəti və orqanların struktur-topoqrafik xüsusiyyətləri öyrənilmişdir.
Hazırda süa diaqnostikası laboratoriyası ən müasir rentgen aparatları («Shimagzu», Yaponiya), multispiral kompüter tomoqrafı («Siemens») və angioqrafık komplekslə («Siemens») təchiz olunmuşdur və burada demək olar ki, mövcud olan əksər radioloji müayinə üsulları (Ultrasonoqrafıya, Doppleroqrafıya, Exokardioqrafiya və s.) uğurla aparılır.
Mustafayev Asif Namizəd oğlu
- Vəzifə: şöbə rəhbəri
- Təvəllüd: 14.01.1985
- Ali təhsil: Azərbaycan Tibb Universiteti (2008)
- İxtisas: Şüa-diaqnostikası
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
- Elmi əsərlərin sayı: 20-dən çox məqalə və tezis
- Əmək fəaliyyəti: 2008-2009 – Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında internatura
2009-2024 – Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Şüa-diaqnostika üzrə elmi şöbədə kiçik elmi işçi
2024-cü ildən Şüa-diaqnostika üzrə elmi şöbənin rəhbəri - E-mail: asif.mustafayev@gmail.com
Əliyeva Natəvan Zəfər qızı
- Vəzifə: kiçik elmi işçi
- Təvəllüd: 31.12.1978
- Ali təhsil: Azərbaycan Tibb Universiteti (2000)
- İxtisas: Funksional diaqnostika
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
- Elmi əsərlərin sayı: 18 məqalə və tezis
- Əmək fəaliyyəti: 2000-2001 – Akademik M.Topçubaşov adına ETKECİ-da internatura
- 2002-ci ildən Şüa-diaqnostika üzrə elmi şöbədə kiçik elmi işçi
- Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: 12.2021-ci ildən “Journal of Clinical Medicine of Kazakhstan” jurnalında rəy heyətinin üzvü
- E-mail: dr_natavan@mail.ru
Xasayeva Nərmin Ruslan qızı
- Vəzifə: böyük elmi işçi
- Təvəllüd: 15.06.1979
- Ali təhsil: Azərbaycan Tibb Universiteti (2002)
- İxtisas: Funksial-diaqnostika
- Elmi dərəcəsi və adı: tibb üzrə fəlsəfə doktoru
- Elmi əsərlərin sayı: 30-dan çox məqalə və tezis
- Əmək fəaliyyəti: 2002-2003 – Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanada internatura
- 2009-cu ildən Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Şüa-diaqnostika üzrə elmi şöbədə böyük elmi işçi
- E-mail: nermin@gmail.com
Xələfova Aytən Zöhrab qızı
- Vəzifə: kiçik elmi işçi
- Təvəllüd: 19.07.1979
- Ali təhsil: Azərbaycan Tibb Universiteti (2003)
- İxtisas: Funksional diaqnostika
- Elmi əsərlərin sayı: 9 məqalə, 4 tezis
- Əmək fəaliyyəti: 2003-2004 – Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internatura
2005-2011 – Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Klinki diaqnostika laboratoriyasında kiçik elmi işçi
2011-ci ildən Şüa-diaqnostika üzrə elmi şöbədə kiçik elmi işçi