Tibb elmləri doktoru Nəriman Xanəliyev

Tibb elmlər doktoru Nəriman Xanəliyev 1953-cü ildə Azərbaycan Tibb İnsitutunu bitirib. 1961-ci ildə ATİ-nin aspiranturasına daxil olub. 1965-ci ildə namizədlik və 1986-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 130 elmi əsərin və 3 səmərələşdirici təklifin müəllifi olmuşdur. Müxtəlif vaxtlarda köks qəfəsi cərrahiyyəsinin və flebologiya şöbələrinin müdiri vəzifəsində çalışmışdır.

Səhiyyə əlaçısı nişanı ilə təltif edilmişdir. Damar patologiyası üzrə ixtisaslı cərrah kimi fəaliyyət göstərmişdir.