Uşaq kardiocərrahiyyə üzrə elmi şöbə

2010-cu ildə Ölkə Prezidenti İlham Əliyev cənablarının müvafıq fərmanı əsasında anadangəlmə ürək qüsurları və ürəyin digər xəstəliklərindən əziyyət çəkən uşaqlara ixtisaslı cərrahi yardımın keyfiyyətini artırmaq məqsədilə M.Topçubaşov adına ECM-nin nəzdində, mövcud ürək cərrahlığı şöbəsi ilə yanaşı, yeni uşaq  kardiocərrahiyyə mərkəzi açılmışdır. (Rəhbəri t.ü.f.d. E.Həsənov). Keçən qısa müddət ərzində bu şöbə tam komplektləşdirilərək ən müasir avadanlıqlarla təchiz edilmiş, artıq 2800-ә yaxın uşağa mürəkkəb ürək qüsurlarına görə cərrahi əməliyyatlar icra edilmişdir.  Hal-hazırda burada kiçik yaş qrupuna daxil olan uşaqlarda ən mürəkkəb anadangəlmə qüsurların cərrahi korreksiyası uğurla aparılır.

Həsənov Elnur Novruz oğlu

  • Vəzifə: Şöbə rəhbəri
  • Təvəllüd: 06.06.1976.
  • Ali təhsil: ATU. Pediatriya fakultəsi. 2006-cı ildə bitirib.
  • İxtisas: Ürək-damar cərrahı
  • Elmi dərəcə: tibb üzrə elmlər doktoru
  • İş fəaliyyəti: 2006-2010. Rusiya Federasiyası akademik Y. Meşalkin adına qan dövranı patoloqiyası elmi tədqiqat institunda klinik ordinatura keçmişdir.
  • 2010-ci ildən ECM-in Uşaq kardiocərrahiyyəsi şöbəsində çalışır.
  • ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan və Ukrayna respublikalarında ixtisasartırma kursları keçmişdir.
  • Elmi məqalə, tezis, monoqrafiya sayı: 47 elmi məqalə, 10 tezis.
  • E-mail:  elnur0707@gmail.com

Mirzəzadə Faiq Azad oğlu.

  • Vəzifə: Böyuk elmi işçi
  • Təvəllüd: 28.07.1985
  • Ali təhsil: ATU. I müalicə-profilaktika fakultəsi 2009-cu ildə bitirib.
  • İxtisas: Ürək-damar cərrahı
  • Elmi dərəcə: tibb üzrə fəlsəfə doktoru
  • Iş fəaliyyəti: 2009-2010 cu illər ECM-in Ürək cərrahiyyəsi şöbəsində ürək cərrahiyyəsi üzrə internatura.
  •  2010-cu ildə Təbriz tibb universitetinin SHAHİD MADANİ ürək mərkəzində 5 aylıq  ixtisasartırma kursu.
  • 2012 ci ildən ECM-in kardiocərrahiyyəsi şöbəsində çalışır.
  • ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan və Ukrayna respublikalarında ixtisasartırma kursları keçmişdir.
  • Elmi məqalə, tezis və monoqrafiya sayı: 18 elmi məqalə, 4 tezis.
  • E-mail. faiqmirzai@gmail.com