Allah rəhmət eləsin

Yoğun və düz bağırsaq cərrahlığı şöbəsinin baş elmi işçisi, professor Məhərrəməli Mubat oğlu Məmmədov 30.11.2020-ci ildə vəfat etmişdir.

Məmmədov Məhərrəməli Mubat oğlu 28 iyul 1954-ci ildə Qazaxstan Respublikası, Çimkənd Vilayəti, Mamayeva kəndində anadan olub.

1995-2007-ci illərdə akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunun İrinli septik cərrahlığı şöbəsinin müdiri, 2007-2011-ci illərdə Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahlığı şöbəsində böyük elmi işçi, 2011-2018-ci illərdə Yoğun və düz bağırsaq cərrahlığı şöbəsinin rəhbəri, 2018-ci ildən son günlərə qədər isə Yoğun və düz bağırsaq cərrahlığı şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.

Prof. M.M.Məmmədov 170-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtira və 3 praktik tövsiyyənin, 1 patentin müəllifi olub. Bir neçə tibb üzrə fəlsəfə doktoru dissertasiyasının elmi rəhbəri olmuşdur. Məhərrəməli müəllim yüksək ixtisaslı cərrah olmaqla yanaşı, həm də gözəl insan olmuşdur. O kollektiv arasında böyük hörmətə sahib idi.

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyi,  Yoğun və düz bağırsaq cərrahlığı şöbəsinin əməkdaşları mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, onun əziz xatirəsinin kollektivin yaddaşında daima qalacağını bildirir.

Allah rəhmət eləsin!