Allah rəhmət eləsin

Qida borusu, mədə və 12 b.bağırsaq cərrahlığı şöbəsinin baş elmi işçisi Kamil Bəhlul oğlu  Məmmədov 02.11.2020-ci ildə vəfat etmişdir.

Məmmədov Kamil Bəhlul oğlu 12 iyun 1932-ci ildə Zəngəzur mahalının Qafan Əyalətinin Şəhərcik kəndində anadan olub.

1974-cü ildən akad. M.A.Topçubaşov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunun Qastroenteroloji şöbəsində kiçik elmi işçi, 1977-ci ildən böyük elmi işçi, 2018-ci ildən son günlərə qədər Qida borusu, mədə və 12 b.bağırsaq cərrahlığı şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.

1982-ci ildə “Abdominal vərəmin cərrahi fəsadları” mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüşdür.

K.B.Məmmədov 188 məqalə, 2 monoqrafiya, 4 ixtira, 12 səmərələşdirici təklifin müəllifi olub. Kamil müəllim yüksək ixtisaslı cərrah olmaqla yanaşı, həm də gözəl insan olmuşdur. O kollektiv arasında böyük hörmətə sahib idi.

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Publik Hüquqi Şəxsin rəhbərliyi,  Qida borusu, mədə və 12 b.bağırsaq cərrahlığı şöbəsinin əməkdaşları mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verir, onun əziz xatirəsinin kollektivin yaddaşında daima qalacağını bildirir.

Allah rəhmət eləsin!!!!